Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri arasında görüş keçirilib.
Keçirilən görüşdə UNEC-in rəqəmsallaşma üzrə prorektoru dos.Raqif Qasımov ilk olaraq çıxış edərək, Fondun fəaliyyətinin əhəmiyyətindən bəhs edib və təqdimat üçün sözü Araz Paşayevə verib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri A.Paşayev təbliğat-təşviqat və maarifləndirmə məqsədi ilə keçirilən görüşdə, Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış TTKF-in fəaliyyətindən, təhsil kreditlərinin növlərindən və müraciət qaydalarından, təhsil kreditlərinin təhsilin keyfiyyətinə və əmək bazarının formalaşmasına təsirindən bəhs edib.
Görüşün növbəti mərhələsində tələbələrin sualları cavablandılırıb və təklifləri qeydə alınıb.
Tələbələr ilə görüşün səmərəli və yüksək səviyyədə təşkil edilməsinə görə UNEC-in kollektivinə dərin minnətdarlığımızı bildiririk!