Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə Bakı Biznes Universitetinin nümayəndələri arasında görüş keçirilib.

Məlumatlandırma məqsədilə keçirilən görüşdə TTKF-in sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat veriblər. 2021 – 2022 tədris ili üçün qeydiyyatdan keçmiş tələbələr haqqında müzakirələr edib, Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb. Vurğulanıb ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.
Qeyd edilib ki, payız semestri ərzində TTKF-də Bakı Biznes Universitetindən 131 müraciət rəsmiləşdirilib: 58 tələbəyə sosial, 73 tələbəyə standart kredit verilib.Bakı Biznes Universitetinin Tədris işləri üzrə prorektoru, dos. Xatirə Əzizova çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, artıq 2021-2022 tədris ilinin payız semestri fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər qəbul olunub. B.Əzimov Təhsil Tələbə Krediti Fondunun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də bildirib.
Görüşdə BBU-nun tədris işləri üzrə prorektor Əzizova Xatirə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos. Afidə Həsənova, Biznes və menecment fakültəsinin dekanı, i.ü.f.d. Şahin Musayev, Tələbə qəbulu və ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Əli Bağırzadə, rektor köməkçisi Cavidan Heydarov, Tələbə gənclər təşkilatının sədri Turan Abbaslı iştirak edirdilər.