Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Ağstafa, Qazax, Şəmkir və Tovuz şəhərlərində görüşlər keçirib.
Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Günay Xəlilova Mərkəzi Aran Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 07-08 iyun tarixlərində Ağstafa, Qazax, Şəmkir və Tovuz şəhərlərində 9-11 ci sinif şagirdlərinin maarifləndirilməsi istiqamətində görüşlər keçirib.
Görüşlər Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində, Qazax rayon Gənclər Evində, Şəmkir şəhəri kimya-biologiya təmayülli liseyində və Tovuz rayonu Bozalğanlı kənd tam orta məktəbində keçirilib. Fondun əməkdaşı tərəfindən abituriyentlərə TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verilib. Abituriyentlərə Təhsil Tələbə Krediti Fonduna güvənərək ixtisas seçimi edərkən arzuladıqları ixtisası seçmələri və sevdikləri sahə üzrə mütəxəssis olmağı bildirilib.
Sonda abituriyentlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.