Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Hacıqabul rayonunda maarifləndirici tədbir keçirib.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev buraxılış sinif şagirdlərinin maarifləndirməsi və təbliğat-təşviqat məqsədi ilə Şirvan-Salyan Regional Təhsil idarəsinin təşkilatçılığı ilə Hacıqabul rayonunda görüş keçirib.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev, Hacıqabul rayon İcra Hakimiyyətinin İctimai Siyasi va Humanitar məsələlər Şöbəsinin müdir müavini Füzuli İbrahimov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Vüqar Dadaşov, Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, rayonun ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, 9, 10, 11- ci sinif şagirdləri, valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov açaraq rayon üzrə təhsilalanlar və tələbə qəbulu üzrə statistikalar, eləcə də təhsil tələbə kreditinin yaratdığı imkanlar barədə məlumat vermişdir. Daha sonra Tehranağa Abdullayev Fond barədə təqdimatla çıxış etmiş, Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulamış, Fondun fəaliyyəti, təhsil tələbə kreditinin verilməsi meyarları, tətbiq olunan güzəştlər, beynəlxalq təcrübə və cari statistik göstəricilər barədə məlumatlar vermişdir. Tədbirin təşkilində məqsəd buraxılış sinif şagirdlərini və onların valideyinlərini Fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənildi və suallar cavablandırıldı.