Litvada Dövlət Təhsil Kredit şöbəsi ilə görüş keçirildi.
TTKF-nun nümayəndə heyəti beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə xarici dövlətlərin aidiyyəti dövlət orqanları əməkdaşlıq çərçivəsində Litva Respublikasının Vilnus şəhərinə səfər etmişdir.
Səfər zamanı Fondun məsul şəxsləri ilə Litva Dövlət Təhsil Kredit şöbəsinin müdiri Kristina Novickiene, Sosial Dəstək şöbəsinin müdiri Viktoriya Girinskiene, Direktor müavini İeva Rutaviciute və Təhsil Kredit şöbəsinin baş mütəxəssisi Egle Zyge arasında “Hökümət tərəfindən dəstəklənən təhsil kreditləri” mövzusuna görüş baş tutmuşdur.
Görüşdə Fondu İdarə Heyətinin sədri Araz Paşayev və İnsan Resursları üzrə mütəxəssis Fatimə Abdullayeva təmsil ediblər. Təhsil kreditləri barədə Litva dövlətinin müvafiq təcrübəsini öyrənilməsi məqsədilə keçirilən görüşdə İdarə Heyətinin sədri Araz Paşayev Fondun fəaliyyətinə dair geniş təqdimatla çıxış edərək, həmkarları maraqlandıran sualları cavablandırmışdır.