"İrəliləyİş" layihəsi çərçivəsində təcrübə programı davam edir.
Təhsil Tələbə Krediti Fondu gənclərə dəstək məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə pilot olaraq həyata keçirilən "İrəliləyİş" layihəsinə sosial tərəfdaş olmuşdur.
01.06.2023-cü il tarixdən başlamış təcrübə proqramı uğurla davam etməkdədir. Layihəyə qoşulan gənclərə Fondun əməkdaşları tərəfindən maliyyə, insan resursları, dizayn, informasiya texnologiyaları və hüquq ixtisasları sahəsində təcrübə, praktiki məşğələlər keçirilir, onlara əmək bazarının tələblərinə uyğun səriştələr qazanmalarına dəstək verilir.