Regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verilib.
Təhsil Tələbə Krediti Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verilib.
İyulun 18-də Lənkəran Dövlət Universitetində təşkil edilən ilk tədbirdə tələbələr, valideynlər və məktəb müəllimləri iştirak edib.
Tədbir iştirakçıları Fondun Maliyyə şöbəsinin müdiri Tehranağa Abdullayev tərəfindən təhsil tələbə kreditlərinin verilməsi, informasiya sisteminin tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib.
Bildirilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir, həmçinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Sosial təhsil tələbə krediti ala bilməyən tələbələr standart təhsil tələbə kreditlərindən faydalana bilər. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunuduğu, həmçinin tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracağı diqqətə çatdırılıb.
Qeyd edək ki, iyul ayın sonuna qədər davam edəcək məlumatlandırıcı sessiyaların respublika üzrə, ümumilikdə 17 rayonda təşkili nəzərdə tutulur.