Təcrübə mübadiləsi məqsədi ilə Latviya Respublikasında görüş
TTKF-nun nümayəndə heyəti beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və müvafiq sahədə təcrübə mübadiləsi məqsədilə Latviya Respublikasına səfər etmişdir.
Səfər zamanı Fondun məsul şəxsləri ilə Latviya Universitetinin Humanitar və Sosial Elmlər üzrə prorektoru, professor İna Druviete, şöbə müdirləri Sintija Maculevica və Zane Svilane arasında görüş baş tutmuşdur. Görüşdə Latviyada və Azərbaycanda təhsil kreditlərinin müqayisəli təhlili aparılmış, nümayəndə heyəti tərəfindən Fondun fəaliyyətinə dair geniş məlumat verilmiş, həmkarları maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdən sonra Universitetin əsas binasına və yeni kampus ərazisinə ekskursiya təşkil edildi. Nümayəndə heyətinə Universitetin tarixi və gələcək planlar barədə ətraflı məlumat verildi.
Bundan başqa Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Latviya Dövlət İnkişaf və Maliyyə İnstutunun Biznesin İnkişafı şöbəsinin müdiri Gatis Sniedzins ilə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində növbəti görüşü həyata keçirmişdir.