Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı elm və təhsil üzrə qanun, əsasnamə, sərəncam və fərmanlar.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyul tarixində imzaladığı
elm və təhsil üzrə qanun, əsasnamə, sərəncam və fərmanlarla bağlı:
Ümumi mesajlar
* Dövlət başçısının imzaladığı müvafiq qanun, əsasnamə, sərəncam və fərmanlar elm
və təhsil sahəsində inzibatçılığın təkmilləşdirilməsi, eləcə də səmərəli və çevik
idarəetmə mexanizmlərinin tətbiq olunmasına xidmət edir.
* Bu yeniliklər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda öz əksini tapan elm və təhsil sahəsində strateji hədəflərə çatmaq
istiqamətində aydın yol xəritəsidir.
* Bu sənədlər elm və təhsilin inteqrasiyası və qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi
istiqamətində Prezidentin ötən il iyulun 28-də imzaladığı “Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər haqqında” Fərmandan irəli gəlib.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu:
* Yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bu
müəllimlər özünüqiymətləndirmə və əmək haqqı artımından yararlanmaq məqsədilə
sertifikatlaşdırmada iştirak edə bilərlər;
* Məktəbəqədər təhsil müəssisələrində işləyənlərin ilk dəfə olaraq sertifikatlaşdırmadan
keçməsi ilə bağlı məsələ təhsil qanunvericiliyində öz əksini tapıb. Bu həm də məktəbəqədər
təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına
əsaslı təsir edəcək;
* İlk dəfə olaraq müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmadan keçə biləcəklər. Bu
müddət əvvəlki qanunvericiliyə əsasən 5 il olub. Beləliklə, daha çox sayda müəllim
sertifikatlaşdırma prosesinin maddi stimullaşma imkanı və karyera inkişafına töhfəsindən
yararlana biləcək.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyi:
Agentlik elm və ali təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl beynəlxalq təcrübə
əsasında təkmilləşdirəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə
modelinin yaradılması elm və təhsilin inteqrasiyasını daha da sürətləndirəcək. Agentlik:
* ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların)
açılmasına nəzarət edir;
* təhsilin bir pilləsi və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının
(ixtisasın) uyğunluğunu təmin edir;
* əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın
müəyyən edilməsi üçün tədbirlər görür;
* əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaranmasına zəmin yaradır;
* ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin
müəyyən edilmiş qaydaya uyğun təşkilinə nəzarət edir;
* ali təhsil müəssisələri tərəfindən elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili
qaydalarına və professor-müəllim heyətinin tədris işinin vaxt normasına riayət
olunmasına nəzarət edir;
* elmi və ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin Elm və Təhsil Nazirliyi
tərəfindən əlaqələndirilməsi və istiqamətləndirilməsini, eləcə də elmi fəaliyyətlə tədris
prosesinin inteqrasiyasını təmin edir;
* elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışını təmin edir;
* təhsilalanların və təhsilverənlərin beynəlxalq mübadiləsi proqramlarını əlaqələndirir;
* Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla kolleclərin müdir və müavinlərini təyin edir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyi:
Agentlik məktəbəqədər və ümumi təhsil sahəsində tənzimləmə və idarəetməni qabaqcıl
beynəlxalq təcrübə əsasında təkmilləşdirəcək. Eyni zamanda, innovativ, çevik, nəticəyönlü və
səmərəli idarəetmə modelinin yaradılması, eləcə də bir sıra icra səlahiyyətlərinin agentliyə
ötürülməsi müfaviq sahələrdə təhsilin əhatə dairəsinin genişləndirilməsinə və keyfiyyətinin
artırılmasına imkan verəcək. Agentlik:
* məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində
iştirak edir;
* məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini
tənzimləyir, əlaqələndirir və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirir;
* məktəbəqədər və ümumi təhsil sahəsində proqram, strategiya, konsepsiya və milli
fəaliyyət planları layihələrinin hazırlanmasında iştirak edir və onları həyata keçirir;
* müxtəlif inkişafyönümlü layihələri, təhsildə inkişaf və innovasiyalar üzrə qrant
layihələri həyata keçirir;
* təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirir, tədris plan və
proqramlarına dair təkliflər hazırlayır;
* müxtəlifmiqyaslı idman, bilik yarışları, fənn olimpiadaları və müsabiqələr keçirir; xüsusi
istedada malik təhsilalanları müəyyən edir və stimullaşdırır;
* ümumi təhsil müəssisələrini dərslik, dərs vəsaiti, tədris-metodiki vəsaitlər,
informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları ilə təmin edir.