"Təcrübə mübadiləsi çərçivəsində Bolqarıstan Respublikasında görüş"
TTKF-nun nümayəndə heyəti beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və müvafiq sahədə təcrübə mübadiləsi məqsədilə Bolqarıstan Respublikasına səfər etmişdir.
Səfər zamanı Fondun məsul şəxsləri Aysel Həsənova, Turanə Kərimova, Günay Nəzirova və Ağca Məmmədova ilə Bolqarıstan Respublikasında yerləşən Amerikan Universitetinin tələbə qəbul məsələləri üzrə prorektoru Daniel Şopov və akademik heyəti arasında görüş baş tutmuşdur.
Görüşdə Bolqarıstan Respublikasında və Azərbaycanda təhsil kreditlərinin müqayisəli təhlili aparılmış, nümayəndə heyəti tərəfindən Fondun fəaliyyətinə dair geniş məlumat verilmiş, həmkarları maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdən sonra Universitetin kampus ərazisinə, nadir kitab nüsxələrinin saxlanıldığı “Panitza” kitabxanasına ekskursiya təşkil edilmişdir. Fondun nümayəndə heyətinə Universitetin təhsil kreditləri vasitəsi ilə təhsil imkanları və tələbələrə tətbiq olunan güzəştləri və gələcək təhsil planları barədə ətraflı məlumatlar verilmişdir.