22 aprel tarixində Təhsil Tələbə Krediti Fondu ilə ADA universitetinin tələbələri arasında görüş olub.
Təhsil Tələbə Krediti Fondu ali təhsil müəssisələrində tələbələr arasında təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə silsilə görüşlərin təşkilini davam edir. Bu qəbildən növbəti görüş aprelin 22-də ADA universitetinin tələbələri ilə baş tutub.
Görüşdə universitetin icraçı prorektoru Fariz Ismailzade , TTKF-in İdarə Heyətinin sədri Araz Paşayev, Fondun digər nümayəndələri, universitetin təhsil kreditləri üzrə məsul şəxsləri və ADA Universitetinin tələblələri iştirak ediblər.
Təqdimat zamanı tələbələr ilə təhsil kreditləri haqqında ümumi məlumatlar, mövcud statistika, gələcək hədəflər və prioritetlər müzakirə olunub. Tələbələrin sualları cavablandırlıb, təklifləri qeydə alınıb.