Azərbaycan Tibb Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Tibb Universitetində (ATU) Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov və Fondun əməkdaşı Ağca Məmmədova ilə tələbələrin görüşü keçirilib.
Görüşdə Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru Əliyev Sabir, Rektorun müşaviri,mərkəzləşdirilmiş mühasibatın Baş mühasibi İlqar Mehrabov, müəllim və tələbə heyəti iştirak edib.
Görüşdə təqdimatla çıxış edən TTKF-in İdarə Heyəti sədrinin müavini Tahir Xələfov və Fondun əməkdaşı Ağca Məmmədova qurumun yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib, layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyiblər. Görüşdə tələbələr təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.