Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Hədəf Liseyində Repetitorların I Ümumrespublika forumu keçirilib.
Hədəf Nəşrlərinin təşkilatçılığı ilə 30 aprel tarixində Hədəf Liseyində Repetitorların I Ümumrespublika forumu keçirilib.
Forumun proqramında TTKF-in İdarə Heyətinin sədri Araz Paşayev, DİM-in əməkdaşları Xanlar Xanlarzadə, Vəli Hüseynov və Vəfa Ələkbər, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Shamil Sadiq , peşəkar idarəçi Fahri Agayev , vergi mütəxəssisi Qulu Ibrahimli müxtəlif mövzularda məruzələri ilə yer alıblar.
A.Paşayev öz çıxışında təhsil tələbə kreditinin təhsilin əhatə dairəsinin genişləndirilməsində, sosial həssas qrupların təhsilə çıxış imkanlarının təmin olunmasında və təhsilin keyfiyyətinin inkişafında oynadığı rolu vurğulayıb. Bundan əlavə A.Paşayev qeyd edib ki, abituriyentlər ixtisas seçimi zamanı təhsil tələbə kreditlərini nəzərə alaraq öz maraq və istəklərinə uyğun seçim etmək şansı qazanırlar, bu da öz növbəsində motivasiyasına uyğun ixtisaslaşmış tələbələrin mütəxəssis və ekspert kimi yetişib iqtisadiyyatımıza daha böyük dəyər qatmalarını təmin edir.
Çıxışın yekununda repetitor müəllimlərin və tədbir iştirakçılarının sualları interaktiv qaydada cavablandırılıb.