Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə təhsil ekspertləri ilə görüş keçirilib.
Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyətə başladığı tarixdən hal-hazıradək təhsil tələbə kreditlərinə müraciət edənlərin sayı və digər statistik məlumatları paylaşdı.
Bundan əlavə Fondun Himayəçilik Şurasının 20.10.2023-cü il tarixli iclasında müzakirə olunaraq qəbul edilmiş və hal-hazırda Nazirlər Kabinetinə təqdim edilən əlavələr barədə layihəni təhsil ekspertlərinə çatdırdı.
Ekspertlər yeni dəyişikliklərin və yaradılan imkanların tələbələrin motivasiyasını daha da artıracağını, təhsilin keyfiyyətinə müsbət təsir edəcəyini bildiriblər.
Qarşılıqlı diskusiya formatında keçirilən görüşdə tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün ekspertlər tərəfindən bir sıra maraqlı təkliflər səsləndirilib.