Təhsil Tələbə Krediti Fondu ilə ADMİU nəzdində Humanitar Kollecin tələbələri arasında görüş olub.
Təhsil Tələbə Krediti Fondu ali təhsil müəssisələri ilə yanaşı orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında da təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə silsilə görüşləri davam etdirir.
Növbəti görüş may ayının 4-də ADMİU nəzdində Humanitar Kollecin tələbələri ilə baş tutub.
Görüşdə kollecin Tədris işləri üzrə direktor müavini Kamran Mənsimov, kollecin direktoru dosent Nərmin Qaralova, Fond əməkdaşları Tehranağa Abdullayev və Orxan Abbasov, kollecin müəllim heyəti və tələbələləri iştirak ediblər.
Təqdimat zamanı tələbələrə təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə geniş məlumat verildi, mövcud statistikalar paylaşıldı, gələcək hədəflər və prioritetlər haqqında müzakirələr olundu. Sonda tələbələrin sualları interaktiv qaydada cavablandırıldı, tələbə və müəllim heyətinin təklifləri dinlənildi və qeydə alındı.