Təhsil Tələbə Krediti Fondunun Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən İnstitutun Ümumi işlər üzrə prorektoru İlqar Hacıyev qeyd edib ki, təhsilə daha çox diqqət və qayğı göstərilməsi, onun müasir dünya standartlarına uyğun təşkili, mövcud intellektual potensialın zənginləşdirilməsi tələbələrin qarşısına böyük məsuliyyət qoyur və bu istiqamətdə ali təhsil sistemi ölkənin başlıca inkişaf amili kimi çıxış edir. Prorektor çıxışının sonunda Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinə təşəkkürünü bildirib, iştirakçı tələbələrə yaradılan imkanlardan maksimum istifadə etməyi və güzəşt imkanlarından da yararlanmağı tövsiyə edib.
Təbliğat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyət istiqamətləri və təhsil tələbə kreditlərinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər haqqında tələbələrə ətraflı məlumat verib. Təhsil Tələbə Kreditinin (TTK) ayrılmasında məqsədin təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi olduğunu vurğulayan Araz Paşayev həmçinin tələbələri maraqlandıran sualları cavablandırıb.