Naxçıvan MR-da abtiruyentlər və valideynlər ilə maarifləndirici görüş keçirildi.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev abituriyentlər və valideynlər ilə maarifləndirici görüş keçirib. Görüşdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Şikar Hüseynov, Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Tədris-innovasiya sektorunun müdiri Ayşən Əsgərova,Naxçıvan ŞTŞ-nin, Heydər Əliyev adına tam orta məktəbinin, Qarnizon tam orta məktəbinin və Qızlar liseyinin abituriyentləri, müəllimlər və valideynlər iştirak edib.
İlk öncə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Tədris-innovasiya sektorunun müdiri Ayşən Əsgərova tədbir iştirakçılarını salamlayıb və Fondun faydaları haqqında qısa məlumat verib. Daha sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Şikar Hüseynov Fond haqqında fikirlərini bildirdi. Fondun Şöbə müdiri Tehranağa Abdullayev Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirin təşkilinə görə Naxçıvan MR Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.