Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasındakı səfəri davam edir.
Səfərin sonuncu günündə Fondun sədri Araz Paşayev Naxçıvan Dövlət Universitetinin, Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Naxçıvan Dövlət Tibb Kollecinin, həmçinin Fondun şöbə müdiri Tehranağa Abdullayev Ordubad rayonu, Fondun əməkdaşı Məhəmmədəli Abdin Culfa rayonu və Naxçıvan Dövlət Musiqi Kollecinin və Əli Rzayev Şahbuz rayonunda yerləşən ümumtəhsil məktəblərinin tələbə və pedoqoji heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Görüşlərdə Fondun əməkdaşları tələbələrə, abituriyentlərə, müəllimlərə və valideynlərə Təhsil Tələbə Krediti Fonduna müraciət qaydaları, şərtlər, güzəştlər və geriödənişlə bağlı ətrfalı məlumat verdilər.