Şagirdlərlə növbəti görüş Nərimanov rayonunda baş tutub.
Bakının Nərimanov rayonunda yerləşən təhsil ocaqlarında 9, 10 və 11-ci sinif şagirdləri ilə görüş keçirilib. 291 nömrəli ekologiya liseyi, 47, 193 və 202 nömrəli tam orta məktəblərdə baş tutan görüş zamanı Fond əməkdaşları tərəfindən iştirakçılara TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.