Təbliğat-təşviqat işləri Xətai rayonunda davam etdirilib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
Bakının Nərimanov, Nəsimi və Xətai rayonlarında yerləşən 8, 19, 42, 44, 46, 55, 56, 147, 177, 194 və 261 nömrəli orta məktəb və liseylərdə 4 aprel tarixində baş tutan təqdimatlarda Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 32 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.