Cəlilabad, Lənkaran, Masallı, Neftçala və Şirvanda təqdimatlar keçirilib.
22-23 aprel tarixlərində ADPU-nun Cəlilabad filialı, Cəlillabad Tibb kolleci, Lənkaran şəhərində Sosial və Aqrar texnoloji kolleci, Lənkaran Tibb kolleci, Şirvan şəhəri 10 nömrəli tam orta məktəb, Neftçala peşə məktəbi, Masallı peşə məktəbi, Masallı 1 nömrəli tam orta məktəb və Lənkəran Dövlət Universitetində təqdimatlar baş tutub.
Fondun şöbə müdiri Tehranağa Abdullayev və əməkdaşları Aysel Hacıyeva, Aynur Bağırova tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 33 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.