ADNSU tələbələri üçün təlimlər təşkil olunub.
Tələbə və məzunların peşəkarlığının artırılması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarını sınamaq və inkişaf etdirilməsi istiqamətində Fond tərəfindən aparılan işlər davam etdirilir.
Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında 29 aprel tarixində keçirilmiş görüşün nəticəsi olaraq, bu Universitetin tələbələrinə Fond tərəfindən “Yumşaq bacarıqlar” təlimi keçirilib. 3 gün davam edən təlimlər “Motivasiya”, “Çərçivələrin sındırılması” və “Özünüdərketmə və kəşf” mövzularına həsr olunub. İştirakçılara motivasiya anlayışı, motivasiyalı iş mühitinin formalaşdırılması, yüksək motivasiya faktorları və nəzəriyyələri, maddi və qeyri-maddi motivasiya, şəxsi inkişaf nədir, şəxsi inkişaf planı, effektiv şəxsi inkişaf planı yaratmaq üçün addımlar, özünüdərketmənin formalaşdırılması, özünüdərketmədə insan tipləri, özünü peşəkar dəyərləndirmə və digər istiqamətlər tədris olunub.
Qeyd edək ki, iştirakçılarda sahə üzrə ixtisaslaşmış nəzəri bilik və praktiki bacarıqlar formalaşdırmaq, onlarda əmək bazarının tələbinə uyğun vərdişlər yaratmaqla karyera inkişafına yardımçı olmaq məqsədilə təşkil edilmiş təlimlərdə 20-yə yaxın tələbə iştirak edib.