Competo MMC ilə görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq və təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 27 iyun tarixində İT innovasiyaları sahəsində ixtisaslaşmış Competo MMC ilə görüş keçirilmişdir. Görüş zamanı tələbələrin təhsilini başa vurduqdan sonra aldıqları təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması məqsədilə təcrübə proqramlarına cəlb olunması, yekunda işlə təmin olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlığın genişləndirilməsi razılaşdırılmışdır.