Unibankla əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.
Təhsil tələbə kreditindən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur. Növbəti belə əməkdaşlıq “Unibank Kommersiya Bankı” ASC ilə başlamışdır.
3 iyul tarixində Təhsil Tələbə Krediti Fondu və “Unibank Kommersiya Bankı” ASC arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev və “Unibank Kommersiya Bankı” ASC-nin İdarə heyətinin sədri, icraçı direktor Fərid Abuşov iştirak edib.
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.