“Karyera planlaması” mövzusunda görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondunun ali təhsil müəssisələrinin Karyera Mərkəzləri ilə birgə icra etdiyi "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi çərçivəsində təhsil tələbə kreditindən yararlanmış tələbələr üçün “Karyera planlaması” mövzusunda görüş keçirilib.
Görüşdə gənclərə "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi haqqında məlumat verib. Bildirilib ki, bu layihənin məqsədi təhsil tələbə kreditindən yararlanan gənclərin əmək bazarına düzgün inteqrasiya prosesinə dəstək verməkdir.
Görüşün davamında layihəyə daxil olan birinci istiqamət üzrə - “Karyera planlaması nədir ”, “Karyera planlaması və karyera inkişafı arasında fərq nədir”, “Karyera planlaması üçün doğru vaxt lazımdırmı”, “Karyera planlamasına başlamaq üçün 9 addım”, “Karyera planlamasında texnikalar” haqqında ətraflı məlumat verilib. O cümlədən, gənclər üçün interaktiv şəkildə WOOP texnikası ilə "Məqsəd Sənəti" oyunu və “Karyera Kəşfi” simulyasiyası təşkil edilib.