Təbliğat və təşviqat işlərinə start verilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən ənənəvi təbliğat və təşviqat işlərinə start verilib. Bu məqsədlə bu gün Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində, orta məktəb və kolleclərdə təhsilalanlarla görüşlər keçirilib.
Fondun əməkdaşları tərəfindən iştirakçılara TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, geri ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 54 mindən çox müraciət daxil olmuşdur, 42 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil krediti birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Qeyd edək ki, Fond tərəfindən təbliğat, təşviqat və maarifləndirmə işləri 31, 176, 225, 286 və 308 nömrəli tam orta mətəbləri, ADİU-nun nəzdində Maliyyə-iqtisad kollecini, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, Azərbaycan Dövlət Pedaqoji Universitetini, Qərbi Kaspi Universitetini və Azərbaycan Dövlət Dəniz Akademiyasını əhatə edib.