Növbəti təqdimatlar baş tutub.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
24 sentyabr tarixində Bakı şəhərində yerləşən 30, 99, 244, 298 və 299 nömrəli məktəblərdə, Azərbaycan Dövlət Neft Sənayesi Universiteti, Dillər Universiteti, Tibb Universiteti, Bakı Slavyan Universiteti, Bakı Xoreoqrafiya Universiteti və Bakı Qızlar Universitetində, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Konservatoriyası nəzdində Musiqi kollecində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.