Maarifləndirmə görüşləri davam edir.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
25 sentyabr tarixində Bakı şəhərində yerləşən 278, 281, 282 və 318 nömrəli məktəblərdə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində rəssamlıq kolleci, Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, Dəmir yolu və Metropoliten üzrə BDPTM, Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Gənclər və İdman Akademiyası, Bakı Avrasiya Universiteti və Bakı Avrasiya Kollecində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.