Silsilə təqdimatlar Bakı və Qaradağda davam etdirilib.
Təhsil Tələbə Krediti Fondu təbliğat-təşviqat işlərinin aparılması və maarifləndirmənin artırılması məqsədi ilə silsilə görüşlərin təşkilini davam etdirir. Bu gün Bakı şəhərində yerləşən 116 nömrəli tam orta məktəbində, həmçinin Qaradağ rayonunda yerləşən 139, 222, 253, 274 və 288 nömrəli tam orta məktəblərində, o cümlədən Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, Profi Resurs Peşə, Bakı Ali Neft Məktəbi və ADNSU nəzdində Sənaye və texnologiya kollecində təşkil olunan təqdimatlar zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.