TTKF və İZİA nəzdində Peşə Təhsil Mərkəzi arasında Memorandum imzalanıb.
Oktyabrın 2-də Təhsil Tələbə Krediti Fondu ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində çıxış edən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun fəaliyyətini yüksək qiymətləndirib. Fondun yaradılmasını ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu bildirən direktor, imzalanmış Memorandumun TTKF ilə Mərkəz arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyini bildirmişdir.
TTKF-in İdarə heyətinin sədri vəzifəsini m.i.e Bəhruz Əzimov Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, bu günə kimi Fondun yaratdığı imkanlardan istifadə etmək üçün elektron portala təqribi 54 min müraciət daxil olmuşdur, 42 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşmişdir. Həmçinin qeyd olunub ki, tələbələrin gələcəkdə təhsil kreditlərini qaytarmasına dəstək olmaq üçün Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur.
İmzalanma mərasimindən sonra TTKF-in əməkdaşı Fatimə Abdullayeva tərəfindən iştirakçılara təhsil tələbə kreditinə müraciət qaydaları, kreditin növləri, tətbiq olunan güzəştlər, geri ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil krediti birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.