Təhsil müəssisələrində təqdimatlar davam edib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilib.
2-4 oktyabr tarixlərində keçirilən təqdimatlarda TTKF-in əməkdaşları tərəfindən təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təqdimatlar 24, 26, 32, 62, 117, 119, 124, 129,171, 185, 204, 214 və 251 saylı orta məktəbləri, ADMİU nəzdində Humanitar kolleci, Mədəniyyət və sənətkarlıq üzə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Emal üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, ADNSU nəzdində Bakı Neft-Energetika Kolleci və ADİU nəzdində Sosial-iqtisad Kollecini əhatə edib.