Regionlarda maarifləndirmə işlərinə start verilib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
14 oktyabr tarixində Zaqatala Peşə Məktəbində, UNEC-in Zaqatala filialında və Dövlət idarəetmə və texnologiya kollecində, həmçinin ADPU-nun Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-in fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.