Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.
Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib. Qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən görüşdə TTKF-nin İdarə Heyəti sədrinin müavini Tahir Xələfov Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu günə kimi Fondun yaratdığı imkanlardan 43 mindən çox şəxs yararlanaraq təhsil haqlarının TTKF tərəfindən qarşılanmasına nail olmuşdur. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. Yaşar Ömərov ATU-da tələbələrin 80%-dən çoxunun ödənişli əsaslarla təhsil aldığını qeyd etmişdir. Bildirilmişdir ki, ölkə başçısının təhsilə qayğısının bariz nümunəsi olan Təhsil Tələbə Krediti Fondu minlərlə tələbəni təhsil haqqı qayğısından azad etməklə, onlara şəxsi inkişafları və biliklərinin artırılmasına fokuslanmaq imkanı yaradıb. Xüsusilə akademik nəticələri yüksək olan tələbələr üçün tətbiq olunan güzəştlərin təhsilin keyfiyyətinin artmasına mühüm töhfə verdiyini vurğulayan Y.Ömərov ATU-da daha çox tələbənin TTK-dan yararlanması üçün Fond tərəfindən aparılan maarifləndirmə işlərini də yüksək qiymətləndirmişdir.
Görüş zamanı tələbə və məzunların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə aparılan işlər, özəl və dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tələbə və məzunların məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək üçün təlim proqramlarına qoşulması, əmək yarmarkalarında iştirakının təmin edilməsi və regionda yerləşən sahibkarlıq subyektlərində işlə təmin olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə edilib.