Bakı Avrasiya Universiteti ilə Əməkdaşlıq Memorandumu imzalanıb
Oktyabrın 25-də Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanma tədbirindən öncə keçirilən görüşdə TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Fondun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, bu günə kimi Fondun elektron portalına 54 minə yaxın müraciət daxil olmuş, 43 mindən çox TTK müqaviləsi rəsmiləşdirilmişdir. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
BAAU-nun rektoru dosent Səyavuş Qasımov təhsil tələbə kreditlərinin tələbələrin akademik hədəflərinə çatmasına və maliyyə yükünün azaldılmasına dəstək verdiyini vurğulayıb və artıq BAAU-nun 600-dən çox tələbəsinin bu imkandan faydalandığını qeyd edib.
Ardınca Universitetin akademik-inzibati heyətinin və tələbələrin iştirakı ilə imzalanma mərasimi keçirilib. Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan S. Qasımov Universitetin bu əməkdaşlığa önəm verdiyini, Memorandumun əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsində mühüm rol oynayacağını bildirib. B. Əzimov öz növbəsində, BAAU ilə imzalanan Memorandumun əhəmiyyətini vurğulayaraq, Fondun məqsədinin gənclərin arzusunda olduğu ali təhsili almasına dövlət dəstəyini və qayğısını göstərmək olduğunu qeyd edib. O, bu ali təhsil müəssisəsi ilə qurulan əməkdaşlığın təhsilalanların akademik və peşəkar inkişafında faydalı olacağına inandığını diqqətə çatdırıb. Universitetlə birgə həyata keçiriləcək layihələrin tələbələrin bilik və bacarıqlarının artırılmasına, karyera inkişafına yönəlmiş tədbirlərin onların əmək bazarına daha yaxşı hazırlanmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.
BAAU-nun Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva tələbələrin təhsil tələbə kreditindən istifadəsi ilə bağlı statistikanı təqdim edib. O, bildirib ki, 2021-ci ildən indiyə qədər BAAU-dan 828 təhsilalanın müraciəti qeydə alınıb, onlardan 631 nəfərin müraciəti rəsmiləşib. Onlardan 258-i sosial, 373-ü isə standart təhsil tələbə krediti götürüb. Cari tədris ilində isə 206 müraciətin olduğu, onlardan 158 tələbənin müraciətinin rəsmiləşdiyi bildirilib.