Regionlarda maarifləndirmə tədbirləri davam edir.
Təhsil Tələbə Krediti Fondu tərəfindən əhalinin aztəminatlı təbəqələrinə təhsil imkanları yaratmaq, təhsil bərabərliyini təmin etmək və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə aparılan maarifləndirmə və təşviqat işləri davam edir.
28-29 oktyabr tarixlərində Lənkaran Dövlət Universiteti, Azərbaycan Dövlət Universitetinin Cəlilabad filialı, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Lənkaran Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Tibb Kolleci, Lənkaran Tibb kolleci və Lənkaran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində Fondun əməkdaşları tərəfindən təqdimatlar keçirilmişdir.
Bu görüşlərdə Fondun fəaliyyəti, məqsədləri, təhsil tələbə kreditinə müraciət qaydaları, kredit növləri, güzəştlər və ödəniş şərtləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bakalavriat və magistratura səviyyələrində ali təhsil, orta ixtisas təhsili, həmçinin texniki-peşə təhsilində əyani təhsil alan tələbələr Fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana bilərlər.