Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
20 dekabr tarixində Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Media nümayəndələri üçün təşkil edilən tədbirdə 40-a yaxın mətbuat təmsilçisi iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə TTKF-nin 3 il ərzində fəaliyyətindən, əldə olunan nəticələrdən və tələbələrə verdiyi töhfələrdən bəhs edən film nümayiş olunub.
Ardınca, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri v.m.i.e. Bəhruz Əzimov təqdimatla çıxış edərək, Fondun yaranması, məqsədləri, qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditlərinin verilməsi qaydaları, geri ödənişlər və s. haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Bildirilib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşmişdir. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülmüşdür.
Fond tərəfindən davamlı olaraq təbliğat, təşviqat və maarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırmışdır. Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığı, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd olunmuşdur.
Təhsil tələbə kreditlərindən yararlanmış şəxslərin götürdükləri kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə, Fond tərəfindən görülən işlərə toxunan B.Əzimov, 3 il ərzində tələbələr və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirmişdir. Məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğu, 30-dan çox müəssisə ilə Anlaşma Memordumlarının imzalandığı, beləliklə, 1000-dən çox tələbənin təlimlərə cəlb olunduğu, 600-dan çox tələbə və məzunun isə təcrübə proqramlarından yararlandığı bildirilib.
Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyətinin olmadığı, hətta 23 ailədə valideyn və övladları da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1069 ailədə isə 2 nəfərin, ümumilikdə 2318 nəfərin tələbə adı qazanaraq TTK götürdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Geri ödənişlər zamanı tələbələrə edilən güzəştlər məsələsinə toxunan Fondun sədri v.m.i.e. B.Əzimov TTK-dan yararlanmış 6500-dən çox tələbənin məzun olduğunu və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başladığını bildirmişdir. Sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanmışdır. 400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil etmişdir. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil etmişdir.
Bu cür güzəştlərin təhsilin keyfiyyətinin artmasına birbaşa təsir etdiyini və tələbələri daha böyük əzmlə çalışmağa sövq etdiyini qeyd edən B.Əzimov, Fondun bundan sonra da ödənişli əsaslarla əyani təhsil alan tələbələrə dəstək olmağa hazır olduğunu, müraciətlərin semestrin sonuna qədər davam etdiyini bildirmişdir.
Tədbirdə çıxış edən Fondun sabiq sədri hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olan Araz Paşayev Fondun təhsilin inkişafına töhfələrini, tələbələrə yaradılan maliyyə dəstəyi imkanlarını vurğulayıb, bu təşəbbüsün Azərbaycanın təhsil sistemində mühüm rol oynadığını qeyd edib və Fondu uğurlu hesabat münasibətilə təbrik edib. Fondun məqsədinin sosial həssas qruplardan olan tələbələrə maliyyə əlçatanlığını təmin etmək olduğunu qeyd edən Araz Paşayev bu istiqamətdə əldə olunan nəticələri təqdirəlayiq adlandırıb.
Təbrik nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 3 illiyinə həsr olunmuş media brifinqində Fondun fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışı zamanı Fondun tələbələrə maliyyə dəstəyi göstərilməsi baxımından əhəmiyyətini vurğulayaraq və bu mexanizmin ölkədə təhsilin əlçatanlığını artırılması istiqamətində mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cabbar Hüseynov Fondun fəaliyyətinin şəffaf və səmərəli təşkil edilməsini, həm tələbələrin, həm də onların ailələrinin təhsil xərclərinin yüngülləşdirilməsi üçün əlverişli şərtlər təqdim etməsini xüsusi diqqətə çatdırıb. O bildirib ki, Fondun göstərdiyi xidmətlər təhsilin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətin inkişafına mühüm töhfədir.
Çıxışlardan sonra media nümayəndələrinin sualları cavablandırılıb. TTKF İdarə Heyətinin sədri v.m.i.e. B.Əzimov 3 il ərzində Fondun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında göstərdikləri dəstəyə görə media nümayəndələrinə təşəkkür edib.
Tədbirin sonunda TTKF-nin təşkil etdiyi “Könüllü” proqramında iştirak edən və təhsil tələbə kreditləri barədə maarifləndirmə işlərində səmərəli fəaliyyətlərinə görə seçilən bir qrup könüllülər təşəkkürnamə və hədiyyələrlə təltif olunub.