Təhsil Tələbə Krediti Fondunda orta ixtisas təhsil müəssisələrinin məsul şəxsləri ilə görüş keçirilib.
Fondun təşəbbüsü ilə keçirilən görüşdə təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu və təsdiqi zamanı işlərin daha operativ və şəffaf icra edilməsi kimi məsələlər müzakirə edilib, qarşıya çıxan çətinliklərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov ötən dövr ərzində görülən işlərə və göstərilən dəstəyə görə məsul şəxslərə təşəkkürünü bildirib. Eyni zamanda qarşıda duran vəzifələr, öhdəliklər və hədəflər barədə fikir mübadiləsi aparılıb, Fondun fəaliyyət istiqamətləri, müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. B.Əzimov qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fond dövlətin təhsilə qayğısının bariz nümunəsi kimi vətəndaşların maliyyə çətinliklərini aradan qaldıraraq onların təhsil almaq imkanlarını genişləndirir və daha güclü bir cəmiyyətin qurulması üçün mühüm töhfə verir.
Daha sonra TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşları tərəfindən Fondun əsas məqsədləri, kreditlərin növləri, kredit almaq üçün tələb olunan şərtlər, kreditlərin qaytarılma mexanizmləri, TTKF-nin elektron portalında işləmə qaydası və yeniliklər haqqında danışılıb, görüş iştirakçılarınn sualları cavablandırılıb.