Bakının Nəsimi rayonunda yerləşən 5, 19, 44 və 164 nömrəli tam orta məktəblərdə növbəti təbliğat və təşviqat görüşləri təşkil olunub.
Görüşlərdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları, abituriyentlərə təhsil tələbə kreditinin növləri, kreditlərə müraciət qaydaları və ödəniş şərtləri barədə ətraflı məlumat verilmiş, o cümlədən güzəştli şərtlərlə təhsilalma imkanları vurğulanmışdır.
Məlum olduğu üzrə, təhsil tələbə kreditləri ödənişli təhsil sahəsində təhsilin bütün pillələrini əhatə edən bir maliyyə dəstəyidir. Bu kreditlər, tələbələrin ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, həmçinin orta ixtisas təhsili və peşə təhsili (texniki peşə və yüksək texniki peşə təhsili) səviyyələrində təhsil almalarını dəstəkləyir. Təhsil kreditləri tələbələrin normativ təhsil müddətində, əyani formada təhsil aldıqları halda verilir. Bu kreditlər ödənişli təhsilin maliyyə yükünü azaldır və təhsilalanlara əlavə maliyyə imkanları təqdim edir.
Təşkil olunan görüşdə, həmçinin, abituriyentlərə təhsil tələbə krediti müraciətinin necə asanlıqla həyata keçirilməsi və kreditlərin onlara necə kömək edə biləcəyi barədə ətraflı məlumat verilib. Əsas məqsəd, hər bir abituriyentin təhsilini davam etdirmək və öz gələcəyini daha parlaq etmək üçün bu fürsətdən yararlanmasına dəstək olmaqdır.
Görüşün sonunda iştirakçıların maraqlı sualları cavablandırılıb, həmçinin onların təklifləri dinlənilib. Bu cür görüşlər, abituriyentlərin təhsil həyatına keçidində onlara lazımlı dəstəyi təmin etmək və təhsil tələbə kreditindən faydalanmalarını təmin etmək məqsədini daşıyır.