Bakı Biznes Universitetinin tələbələri üçün “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla başa çatdı
Təhsil Tələbə Krediti Fondu və Bakı Biznes Universitetinin Karyera və Hazırlıq Mərkəzi tərəfindən birgə təşkil olunan “Yumşaq bacarıqlarla əmək bazarına addımla” layihəsi uğurla yekunlaşdı. Layihə çərçivəsində keçirilən iki günlük intensiv təlim müddətində tələbələr iş həyatında mühüm rol oynayan bir sıra mühüm bacarıqları mənimsədilər. Təlim zamanı iştirakçılara liderlik və komanda işi, məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi kimi mövzularda ətraflı biliklər verildi.
Peşəkar iş mühitində yalnız nəzəri biliklər deyil, eyni zamanda yumşaq bacarıqlar da mühüm rol oynayır. Bu baxımdan layihə iştirakçıları təlimlər zamanı həm nəzəri biliklər əldə etdilər, həm də praktik məşğələlər vasitəsilə bu bacarıqları tətbiq etmək imkanı qazandılar.
Təlim zamanı liderlik və komanda işi, məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi mövzularının təfərrüatlı izahı tələbələrə əmək bazarında necə möhkəm mövqe tutmalarına şərait yaratmalarına yaxından kömək edəcəyinin əhəmiyyəti vurğulandı.
Liderlik və komanda işində - tələbələr liderlik, liderin əsas xüsusiyyətlərini, effektiv ünsiyyətin və motivasiyanın komanda işi üçün nə qədər vacib olduğunu öyrəndilər. Tələbələr bu təlim prosesində lider düşüncəsinin formalaşmasını, bunun iş fəaliyyətində nə dərəcədə əhəmiyyət kəsb etməsini öyrəndilər. Lider düşüncəsi, təkcə təşkilati uğurlar üçün deyil, həm də fərdi və sosial bacarıqların inkişafı baxımından vacibdir. Lider düşüncəsinin formalaşması, onlara gələcək kariyera fəaliyyətlərində düzgün qərarlar qəbuletmə, problemləri analitik şəkildə həlletmə, motivasiya və komanda qurma kimi bacarıqları qazandırır. Bu bacarıqlar, gələcəkdə liderlik mövqelərində olan tələbələrin daha effektiv fəaliyyət göstərmələrinə kömək edəcək.
Məqsədlərin müəyyən edilməsində - qarşıya qoyulan məqsədlərin SMART metodu (spesifik, ölçülə bilən, əldə edilə bilən, reallığa uyğun və müəyyən vaxt çərçivəsində olan) üzrə qurulmasının əhəmiyyəti izah edildi. Hədəflərə necə fokuslanmaq və onlara çatmaq üçün hansı addımları atmaq lazım olduğu müzakirə olundu. Hər bir hədəfin nə dərəcədə ölçüləbilən olduğunun qiymətləndirilməsi mövzusuna toxunuldu.
Vaxt idarəçiliyində - vaxtın düzgün planlaşdırılmasının iş və şəxsi həyat balansının qorunmasındakı əhəmiyyəti izah edildi. Düzgün vaxt idarəçiliyi səmərəlilik anlayışını özündə ehtiva edir. Təlim zamanı prioritetlərin düzgün müəyyən edilməsi, vaxtı səmərəli bölmək və diqqəti yayındıran amillərdən uzaq durmaq kimi mövzulara toxunuldu.
Bu cür layihələr tələbələrin iş dünyasına daha hazırlıqlı addım atmasına kömək edir. Müasir əmək bazarında texniki biliklər qədər kommunikasiya, liderlik, problem həlletmə və vaxt idarəetməsi kimi yumşaq bacarıqlar da önəmli rol oynayır.
Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olundular və əldə etdikləri bilikləri necə tətbiq edəcəkləri barədə fikirlərini bölüşdülər. Tələbələr təlim müddətində əldə etdikləri bacarıqların gələcək kariyeralarında onlara necə faydalı olacağı geniş şəkildə müzakirə edildi.