Təhsil Tələbə Krediti Fondu 45, 177, 212, 258 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində şagirdlərlə görüşlər keçirib.

Bu gün Təhsil Tələbə Krediti Fondu tərəfindən Nərimanov rayonu ərazisində yerləşən 45, 177, 212, 258 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib. Təbliğat və təşviqat işləri çərçivəsində təşkil edilən görüşlər təhsil imkanlarının əhatə dairəsinin genişləndirilməsi, dövlət tərəfindən təhsilə göstərilən dəstək və TTKF-nin təqdim etdiyi maliyyə mexanizmlərinin şagirdlərə izah edilməsi məqsədilə təşkil olunub.
Görüş zamanı Fondun nümayəndələri TTKF-nin əsas fəaliyyəti, təhsil tələbə kreditlərinin verilməsi qaydaları və bu kreditlərin şagirdlərin gələcək təhsil planlarına necə dəstək ola biləcəyi barədə ətraflı məlumat veriblər. Keçirilən görüşlərdə əsas məqsəd Fondun ali (bakalavriat və magistratura səviyyələri (rezidentura), orta və peşə təhsili (texniki peşə və yüksək peşə təhsili səviyyələri) müəssisələrində təhsil almaq istəyən gənclərə maliyyə dəstəyi göstərməkdir. Belə ki, maddi çətinliklər səbəbindən təhsildən kənarda qalmaq riski ilə üzləşən gənclər bu kreditlərdən istifadə edərək təhsil almaq və gələcəkdə ölkənin ən qiymətli resursu olan insan kapitalının inkişaf etdirilməsində fəal iştirak etmək imkanı əldə edirlər.
Görüşlərdə peşə təhsili istiqamətləri də müzakirə olunub. Fondun nümayəndələri vurğulayıblar ki, peşə təhsili hazırda ölkənin əmək bazarının tələblərinə uyğun olaraq inkişaf edir və dövlət bu sahəyə xüsusi diqqət yetirir. Peşə təhsilini seçən gənclər də gələcəkdə TTKF-nin təqdim etdiyi maliyyə dəstəyindən yararlana bilərlər. Bu, xüsusilə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına və yerli mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
Görüşdə şagirdlərə ali təhsil müəssisələrinə qəbul zamanı mövcud güzəştlər və təhsil krediti imkanları barədə suallarını ünvanlamaq imkanı da yaradılıb. Onlara təhsil aldıqları müddətdə kreditlərin ödənilmə qaydaları, faizsiz və güzəştli kredit şərtləri barədə geniş məlumat verilib.
Sonda Fondun nümayəndələri vurğulayıblar ki, TTKF təhsil almaq istəyən hər bir gəncin yanında olacaq və heç bir tələbə maddi çətinlik səbəbindən ali, orta və ya peşə təhsilindən məhrum qalmayacaq. Dövlətin bu sahəyə ayırdığı diqqət, həmçinin "Böyük Qayıdış" proqramı çərçivəsində yaradılan yeni təhsil müəssisələri ölkənin intellektual potensialının gücləndirilməsinə xidmət edəcək.
Görüşlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərə öz gələcək təhsil planlarını qurmaq üçün vacib məlumatlar təqdim edilib. Görüş zamanı təhsil tələbə krediti imkanları haqqında şagirdlərin məlumatlandırılması və onların suallarının cavablandırılması vacib məqamlar sırasında idi. Bu cür təşəbbüslərin davamlı olması, Azərbaycan gəncinin mövcud dövrdə mümkün imkanlardan faydalanmasına şərait yaradacaq.