TTKF-nin əməkdaşları Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Açıq qapı” günündə iştirak edib.
16 may 2025-ci il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirin əsas məqsədi mərkəzin fəaliyyət istiqamətləri, tələbələrin qazandığı praktiki bacarıqlar barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda gənclərdə peşə təhsilinə marağı artırmaq olub.
Tədbirdə müxtəlif ictimaiyyət nümayəndələri, təhsil işçiləri və Bakı şəhərinin ümumtəhsil məktəblərindən olan şagird və abitruyentlər iştirak ediblər. Qonaqlar peşə təhsilinin imkanları ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.
“Açıq qapı” günündə Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları da iştirak ediblər. Fondun nümayəndələri tədbirə qatılan şagird və abituriyentlərə TTKF-nin sosial xarakterli layihə olaraq peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə səviyyələrində təhsil alan tələbələr üçün təqdim etdiyi təhsil tələbə kreditləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda kredit mexanizmləri, müraciət prosesi və geri ödənişlər barədə iştirakçılara geniş izahat təqdim olunub. Gənclərə peşə və ixtisas seçimində öz maraq və bacarıqlarına uyğun qərarlar vermələri tövsiyə olunub.
Tədbir çərçivəsində iştirakçılara 2025/2026-cı tədris ili üzrə qəbul ediləcək ixtisaslar, peşə təhsili müəssisələrinə qəbul qaydaları və yüksək texniki peşə təhsili barədə geniş məlumat verilib. Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.