5000-ə yaxın gənc və müxtəlif təhsil müəssisələrinin rəhbər-pedaqoji heyəti ilə görüş keçirildi
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən bölgə gənclərini ali, orta ixtisas və peşə təhsili almağa təşviq etmək, təhsilin əlçatanlığını artırmaq və bu sahədə bərabər imkanlar yaratmaq məqsədilə növbəti maarifləndirici tədbirlər həyata keçirilib.
2025-ci ilin 12–14 may tarixlərində Fondun əməkdaşları Cəlilabad, Qazax, Gəncə, Tovuz və Lənkəran şəhərlərində yerləşən ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri ilə görüşlər keçiriblər. Tədbirlərdə 5000-ə qədər gənc və müxtəlif təhsil müəssisələrinin rəhbər-pedaqoji heyəti iştirak edib.
Maarifləndirici görüşlər zamanı əsas diqqət gənclərə təhsil tələbə kreditləri haqqında geniş və əhatəli məlumatın çatdırılmasına yönəldilib. Bu məqsədlə Fondun əməkdaşları kredit mexanizmləri, müraciət prosedurları və ödəniş şərtləri barədə ətraflı təqdimatlar təqdim ediblər.
Görüşlər Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Bakı Dövlət Universitetinin Qazax filialı, Cəlilabad və Lənkəran Tibb Kollecləri, Qazax və Tovuz Dövlət Sosial-İqtisadi Kollecləri, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollec, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec (Lənkəran Dövlət Humanitar Kolleci), Cəlilabad Peşə Məktəbi, eləcə də Tovuz və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərində təşkil olunub.
Tədbirlər interaktiv və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.