Təhsil Tələbə Krediti Fondu Azərbaycan Milli Konservatoriyasında maarifləndirici görüş keçirib.
8 may 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı maarifləndirici və təbliğat xarakterli görüş təşkil olunub. Görüşdə Fondun fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar və kredit mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru Nizami Əsədov iştirakçıları salamlayaraq, ölkəmizdə təhsil alan gənclərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, Təhsil Tələbə Krediti Fondu maddi çətinlik çəkən, lakin təhsil almaqda israrlı olan tələbələrə dəstək göstərir.
Daha sonra TTKF-nin əməkdaşı Günay Xəlilova çıxış edərək Fondun fəaliyyət prinsipləri və təklif olunan kredit növləri barədə geniş təqdimatla çıxış edib. O, tələbələrə verilən sosial və standart növ təhsil tələbə kreditlərinin şərtləri, müraciət prosedurları, e-ttkf.edu.az platformasından istifadə qaydaları və kreditlərin geri ödəniş mexanizmləri barədə ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı ətraflı izahlar verilib.