Bölgələrdə maarifləndirici görüşlər davam edir.
Bölgə gənclərini ali, orta ixtisas və peşə təhsilinə təşviq etmək məqsədilə Təhsil Tələbə Krediti Fondu (TTKF) və təhsil müəssisələrinin birgə təşkil etdiyi növbəti maarifləndirici tədbirlər başa çatıb.
05-07 may 2025-ci il tarixlərində TTKF-nin əməkdaşları Ağcabədi, Quba, Mingəçevir, Şamaxı, Şəki, Gəncə və Zaqatala şəhərlərində ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri ilə görüşlər keçirib. Ümumilikdə 2000-dən artıq gəncin və təhsil müəssisələrinin rəhbər-pedaqoji heyətinin qatıldığı tədbirlərdə təhsil tələbə kreditləri barədə TTKF-nin əməkdaşları tərəfindən ətraflı məlumat verilib, auditoriyanın sualları cavablandırılıb.
Görüşlər Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, UNEC-in Zaqatala filialı, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Ağcabədi, Şamaxı, Şəki və Quba filialları, həmçinin Şəki Dövlət Regional Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şəki, Quba, Mingəçevir və Gəncə Tibb Kollecləri, Mingəçevir Turizm Kolleci, Gəncə Aqrar Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Şamaxı Peşə Liseyi, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri, Əlamdar Quliyev adına Mingəçevir Peşə Məktəbi və Zaqatala Peşə Məktəbində keçirilib.
TTKF əməkdaşlarının bölgələrə növbəti səfəri 12-14 may tarixlərinə nəzərdə tutulur.