TTKF əməkdaşları Bakı Dövlət Peşə Təhsil Mərkəzlərində “Açıq qapı” günündə iştirak ediblər.
02 və 04 iyun 2025-ci il tarixlərində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri təşkil olunub. Keçirilən tədbirlərin əsas məqsədi ümumi təhsil məktəblərinin 9–11-ci sinif şagirdlərini peşə təhsili sisteminin imkanları ilə yaxından tanış etmək, onları bu sahədə maarifləndirmək və peşəkar bacarıqlar əldə etməyə həvəsləndirmək olub.
“Açıq qapı” günlərində Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları da aktiv iştirak ediblər. TTKF nümayəndələri tədbirə qatılanlara texniki və yüksək texniki peşə təhsili alan tələbələr üçün nəzərdə tutulmuş təhsil tələbə kreditləri ilə bağlı ətraflı təqdimatla çıxış ediblər. Təqdimat zamanı kreditlərin əldə olunması proseduru, müraciət qaydaları, geri ödəniş mexanizmləri və mövcud güzəşt imkanları barədə iştirakçılara geniş təqdimat keçirilib.
Qeyd olunub ki, təhsil tələbə kreditləri yalnız ali və orta ixtisas təhsil pillələri üçün deyil, peşə təhsili alan tələbələr üçün də nəzərdə tutulur. Bu kreditlər gənclərin təhsil almasına dəstək olmaqla yanaşı, onların sosial bərabərliyini təmin etməyə xidmət edir.
Tədbirlərə yalnız şagirdlər deyil, eyni zamanda onların valideynləri də qatılıb. Görüşlər qarşılıqlı dialoq şəklində keçib, iştirakçıların sualları cavablandırılıb.