TTKF əməkdaşları “Açıq qapı” günündə iştirak ediblər.
23 və 27 may 2025-ci il tarixlərində müvafiq olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri təşkil olunub. Tədbirin əsas məqsədi ümumtəhsil məktəblərinin şagirdləri və abituriyentləri peşə təhsilinin imkanları ilə tanış etmək, onları bu sahədə maarifləndirmək və gələcək karyera planlamasında dəstək göstərmək olub.
“Açıq qapı” günlərində Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşları da fəal iştirak ediblər. TTKF nümayəndələri texniki və yüksək texniki peşə təhsili alan tələbələr üçün nəzərdə tutulmuş təhsil tələbə kreditləri ilə bağlı ətraflı təqdimatla çıxış ediblər. Təqdimat zamanı kreditlərin əldə olunması proseduru, müraciət qaydaları, geri ödəniş mexanizmləri və mövcud güzəşt imkanları barədə iştirakçılara geniş məlumat verilib.
Tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, abituriyentlər və valideynlər iştirak ediblər. Görüş interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.