İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində növbəti “Məzun günü” tədbiri keçirilib.
Tədbirin əsas məqsədi məzunlarla əlaqələri daha da genişləndirmək, uğurlu məzunların nümunəsində tələbələri gələcək uğurlara ruhlandırmaq, təhsilə marağı artırmaq və onların Mərkəzin ictimai həyatında fəal iştirakını təmin etmək olub.
“Məzun günü”ndə tələbələrlə yanaşı, Milli Məclisin deputatları Tahir Mirkişili və Mehriban Vəliyeva, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Çıxış edən qonaqlar Peşə Təhsil Mərkəzinin yeni yaradılmasına baxmayaraq, artıq bir çox sahələrdə nümunəvi fəaliyyət göstərdiyini qeyd ediblər.
Tədbiri açan Mərkəzin direktoru Kənan Bağırov əlamətdar və sevincli gün münasibətilə məzunları, onların valideynlərini və müəllim heyətini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Fatimə Abdullayeva da tədbirdə iştirak edərək məzunları təbrik edib və onlara gələcək planlarında uğurlar diləyib.
Çıxış edən digər qonaqlar da tələbələri təbrik edərək, onların gələcək peşəkar həyatlarında uğurlar arzulayıblar.
Tədbirin sonunda tələbələrin ifasında maraqlı rəqs nömrələri, şeirlər və musiqi proqramı təqdim olunub.