TTKF-də vətəndaş qəbulu keçirilib.
25 iyun 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunda (TTKF) vətəndaş qəbulu həyata keçirilib. Qəbul Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov tərəfindən qəbul cədvəlinə uyğun olaraq keçirilib.
Qəbul zamanı təhsil tələbə kreditindən yararlanmış tələbələrin kreditlə bağlı müraciətlərində yer alan problemlər və həmin müraciətlərin təsdiq edilməsi məsələləri dinlənilib. Qeyd olunan müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Fondun rəhbərliyi tərəfindən vətəndaş qəbulu mütəmadi şəkildə təşkil olunur. Hər ayın sonuncu həftəsinin cümə günü İdarə Heyətinin sədri, hər həftənin cümə günləri isə İdarə Heyətinin sədr müavini tərəfindən vətəndaş qəbulu keçirilir.
Bu ayın sonuncu cümə günü qeyri-iş gününə təsadüf etdiyindən vətəndaş qəbulu 25 iyun tarixində keçirilmişdir.
Vətəndaşlar qəbul üçün ttkf.edu.az saytında “Vətəndaş qəbulu” bölməsinə daxil olaraq və ya 146-5 Çağrı Mərkəzinə zəng etməklə öncədən qeydiyyatdan keçə bilərlər.