TTK-dan yararlanmış tələbə ARPA-da təcrübə proqramını uğurla başa vurub.
Təhsil Tələbə Krediti Fondu (TTKF) təhsil tələbə kreditindən (TTK) yararlanan tələbə və məzunlar üçün təcrübə imkanlarının yaradılması məqsədilə müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlərə təlimlərə cəlb etmə, bacarıqların inkişaf etdirilməsi və gənclərin iş həyatına daha rahat inteqrasiya olunması daxildir.
Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" (ARPA) İctimai Birliyi arasında Anlaşma Memorandumuna əsasən TTK-dan yararlanmış Bakı Biznes və Kooperasiya Kollecinin III kurs tələbəsi ARPA-nın idarəetmə sahəsi üzrə təşkil etdiyi 3 aylıq təcrübə proqramını uğurla tamamlayaraq sertifikatla təltif olunub. Qeyd etmək lazımdır ki, bu tələbə TTK-dan yararlanaraq ARPA-da təcrübə proqramını uğurla tamamlayan və sertifikat alan ilk iştirakçıdır.
Mövcud əməkdaşlıqların gücləndirilməsi və yeni tərəfdaşlıqların qurulması sayəsində bu cür təşəbbüslərin əhatə dairəsi daha da genişlənəcək, daha çox tələbə və məzun bu imkanlardan yararlanmaq imkanı əldə edəcəkdir.
Fondun 4 illik fəaliyyəti dövründə 30-dan çox qurumla Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıqlar nəticəsində ümumilikdə 1522 tələbə müxtəlif təlim proqramlarına cəlb olunmuş, 611 tələbə və məzun təcrübə proqramlarına yönləndirilmiş, 300-dən çox məzunun isə işlə təmin olunmasına dəstək göstərilmişdir.