Təhsil Tələbə Krediti Fondu əmək bazarına yönəlik təhsil proqramlarının inkişafına dəstək verir.
Əmək bazarının tələblərinə uyğun kadr hazırlığını dəstəkləmək məqsədilə Sənaye və İnnovasiyalar üzrə, eləcə də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzləri “Code Academy”, “CASA” və “İMZA GROUP” ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Memorandum çərçivəsində birgə təhsil proqramlarının həyata keçirilməsi, tələbələrə praktik təcrübə imkanlarının yaradılması nəzərdə tutulur. Əsas məqsəd tələbələrin həm yerli, həm də beynəlxalq əmək bazarına hazırlanmasına dəstək göstərməkdir.
Təhsil Tələbə Krediti Fondu “Code Academy”, “CASA” və “İMZA GROUP” kimi aparıcı qurumlarla birgə həyata keçiriləcək yeni tədris proqramlarının təqdimatında iştirak edib.
“Code Academy” proqramı çərçivəsində tələbələrə əmək bazarının müasir tələblərinə uyğun Qrafik dizayn və vizual kommunikasiyalar, Süni intellekt dəstəkli veb dizayn və proqramlaşdırma, həmçinin İnformasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil imkanları təqdim olunacaq. Proqram beynəlxalq səviyyəli bilik və bacarıqların aşılanmasını hədəfləyir.
Təhsil Tələbə Krediti Fondu bu təşəbbüsdə mühüm rol oynayır. İmzalanan əməkdaşlıqlar çərçivəsində tələbələrə təhsil xərclərinin qarşılanması üçün təhsil krediti imkanları təqdim olunacaq. Bu, gənclərin maddi çətinliklər yaşamadan keyfiyyətli peşə təhsili almalarına və əmək bazarına inteqrasiyalarına şərait yaradacaq.
Tədbirdə iştirak edən Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxışında qeyd edib ki, Fond tərəfindən təqdim olunan təhsil kreditləri gənclərin cəmiyyətə faydalı, bilikli və peşəkar kadrlar kimi formalaşmasına mühüm töhfə verir.